Dünyanın ali futbol qurumu FIFA Argentina Futbol Assosiasiyasına qarşı intizam işi açıb.
Offsideplus.az xəbər verir ki, iş təhqiredici davranış və ədalətli oyun prinsiplərinin pozulması, habelə oyunçuların və rəsmilərin qanunsuz davranışı səbəbindən açılıb.
Söhbət DÇ-2022-nin final oyununda futbolçuların davranışından gedir.
Öncədən Messi turnirin 1/4 final matçından sonra verdiyi müsahibə zamanı niderlandlı hücumçu Vaut Veqhorstu təhqir edib.