Ən mötəbər futbol turniri - dünya çempionatına geri sayım başlayıb. Planetin səbrsizliklə gözlədiyi mundialın startına 5 gün qalıb.
Futbolu azarkeşsiz təsəvvür etmək mümkün deyil. Azarkeşlərin simvolu da maskotlardır. DÇ-2026 mundialının isə 3 maskotu var.
Offsideplus.az maskotların mənasını araşdırıb, təqdim edir.
Çempionat 3 ölkədə - Kanada, ABŞ və Meksikada keçiriləcək. Hər maskot ev sahibliyi edən bir ölkəni və mövqeləri təmsil edir.
Maral - Kanadanı təmsil edir, qapıçı obrazındadır.
Keçəl qartal - ABŞ-lidir, mövqeyi yarımmüdafiəçidir.
Yaquar - Meksika maskotudur, hücumçudur.
Qeyd edək ki, mundiallar tarixində ikinci dəfədir ki, üç maskot var. Bu hal ilk dəfə Yaponiya və Cənubi Kareyanın ev sahibliyi etdiyi DÇ-2002-də olmuşdu. DÇ-2006-da isə iki maskot var idi.
Xatırladaq ki, ötən mundialın maskotu ənənəvi baş örtüyü olan ərəb obrazında idi.


