Növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun komandası Türkiyə 1-ci liqası təmsilçisi “Eyüpspor”la qarşılaşacaq. Görüş Bolu şəhərində yerləşən Gerde Esentepe stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Türkiyədə "Adana Demirspor"la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Komanda daha 1 yoxlama oyunu keçirəcək. Tovuz təmsilçisi iyulun 27-də Tanzaniyanın "Simba Sport" kollektivi ilə qarşılaşacaq.