Bu gün Türkiyənin Antalya şəhərində aşağı yaşlı futbolçulardan ibarət komandalar arasında “Junior World Cup” beynəlxalq turniri start götürüb.

Offsideplus.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Sabah” klubunun U-13 və U-15 kollektivləri ilk matçlarını keçiriblər.

U-13 komandası İngiltərənin “Mançester Siti” klubuna uduzb - 3:5. Nasir Nəsirlinin yetirmələrindən Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.

Şahin Zeynalovun çalışdırdığı U-15 isə birinci turda İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. "Sabah"ın qoluna Ayxan İbadov imza atıb.

Qrup mərhələsində U-13-ün digər rəqibləri Türkiyənin "Konyaspor" və "Hatay Altın Genclik" komandalarıdır. 

U-15 isə qardaş ölkənin "Konyaaltı" və "Manisa" kollektivləri ilə qüvvəsini sınayacaq.