Azərbaycan Qış İdman Növləri Federasiyasının "milliləşdirmək" istədiyi rusiyalı fiqurlu konkisürən Veronika Jilina ilə bağlı qalmaqallı xəbər yayılıb.

Offsideplus.az xəbər verir ki, 16 yaşlı idmançının cinsi zorakılığa qaldığı bildirilir.

İstedadlı fiqurlu konkisürən ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun təsisçisi olduğu "Yevgeni Plyuşenkonun mələkləri" akademiyasında məşqlər edir. İddialara görə, Veronikaya qarşı seksual hərəkətləri akademiyanın sabiq məşqçisi Sergey Rozanov edib. O, idmançıya 11 yaşında ikən tamah salıb.

2020-ci ildə baş verən cinsi təcavüz faktı barədə V.Jilina özü matchtv.ru portalına danışıb: "Biz Kislovodsk şəhərində təlim-məşq toplanışında idik. Sergey Rozanov mənim otağıma gəldi, mənə masaj təklif etdi, uzun müddət dilə tutmağa çalışdı, mən imtina etdim (həmin vaxt otel nömrəsində tək yaşayırdım). Eyni hal Kislovodskda zalda da yaşandı. Məşqin ardınca bütün idmançılar və məşçilər zalı tərk etdikdən sonra o, israr etməyə başladı. Pivə qutusu ilə gəldi və məni nömrədə məşq etdirdi".

Əslində  mətbuat məşqçinin seksual xakarterli hərəkətlərindən Veronikanın anası Lyudmila Alferova vasitəsilə xəbər tutub. O, teleqram-kanalların birində belə yazıb: "Mən Veronikanın yanında deyildim. Qızım mənə zəng vurub dedi ki, Sergey Rozanov məni otağına aparır. Heç kim ona kömək etməyib. Yevgeni Plyuşenko bu haqda bilən kimi Rozanovu akademiyadan qovdu. Rozanov - şərdir! O, yeniyetməlik illərində ilişib qalıb, onun uşaqlara qarşı meyli var. Digər idmançılar və onların valideynləri məni eşitməlidirlər".

Qeyd edək ki, Azərbaycan Qış İdman Növləri Federasiyası rəhbərliyinin Veronika Jilinanı "milliləşdirmək" istəyi barədə məlumatlar bir neçə ay öncə yayılıb. Lakin federasiya rəsmiləri danışıqlar prosesi getdiyini rəsmən təsdiqləməyiblər.

veronika_jilina2