“Sumqayıt” klubunun sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, o, Belarus “Şaxtyor”unun (Soliqorsk) baş məşqçisi təyin edilib. Belaruslu mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, ötən ilin dekabrında "Sumqayıt"a baş məşqçi təyin olunan Baqa bu ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib.