Braziliyalı ulduz futbolçu Neymar yenə zədələnib. 

Offsideplus.az xəbər verir ki, "Santos"un 33 yaşlı hücumçusu "Atletiko Mineyro" ilə görüşün 34-cü dəqiqəsində meydançanı tərk etmək məcburriyətində qalıb. Onun sol bud əzələsindən zədə aldığı bidirilir.

Neymar məhz bu səbəbdən son 6 həftə futbol oynaya bilmirdi. 

Növbəti dəfə zədələndiyinə görə pərişan olan istedadlı hücumçu göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Neymar bundan öncə çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda zədə ucbatından nadir hallarda forma geyinirdi.