Polşanın “Visla” klubu yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Plotsk təmsilçisi Slovakiyanın “Jilina” kollektivi ilə üz-üzə gəlib.

Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi Polşa təmsilçisi bu oyunda böyük hesabla məğlub olub – 0:4. 

Anton bu görüşə start heyətdə başlayıb. O, 73-cü dəqiqədə, hesab 0:3 olarkən əvəzlənib.