Futbol üzrə Yunanıstan çempionatında oktyabr ayının ən yaxşı oyunçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu nominasiyanın qalibi Xames Rodriges olub.
“Olimpiakos”un 31 yaşlı kolumbiyalı yarımmüdafiəçisi azarkeşlər arasında keçirilən sorğuda 53,35 faiz səs toplayıb.
Qeyd edək ki, Xames ötən ay superliqanın 4 oyunda meydana çıxıb, 2 qolun və 1 məhsuldar ötürmənin müəllifi olub.