Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Sanat Naft”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar - 1:0. Yeganə qolu 90+4-cü dəqiqədə Reza Asadi vurub.

Qeyd edək ki, ardıcıl ikinci qələbəsini qazanan “Traktor” 6 turdan sonra 8 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.