Futbol üzrə Latviya çempionatında 16-cı turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Auda” ilə qarşılaşıb və bu oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşib.
Şakir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Asim isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 16 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.