İran çempionatında 25-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz təmsilçisi səfərdə “Naft MİS” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.

Qeyd edək ki, “Traktor” 25 turdan sonra 21 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.