Azərbaycan millisinin üzvü Mahir Emreli Polşa "Legiya"sından ayrılmaq qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sportfakty" məlumat yayıb.

24 yaşlı futbolçu Polşa Ekstraklasasının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları oyundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağa qərar verib.

Hücumçunun müqaviləni ləğv etmək variantını ciddi şəkildə düşündüyü bildirilir. Hətta millimizin üzvünün bununla bağlı vəkillərlə əlaqə saxladığı vurğulanıb.

Xatırladaq ki, "Legiya" azarkeşləri "Visla" ilə matçdan (1:0)  sonra klubun avtobusuna hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.