Emre Belözoğlunun yeni iş yeri bəlli olub.

Offsideplus.az xəbər verir ki, Türkiyə yığmasının sabiq kapitanı bundan sonra “ay-ulduzlular”da çalışacaq.

41 yaşlı mütəxəssis baş məşqçi Şenol Günəşin köməkçisi kimi fəaliyyət göstərəcək. Təcrübəli mütəxəssis bir müddət əvvəl Emreyə bu barədə təklif etdiyini bildirmişdi. Belözoğlu sabiq çalışdırıcısının təklifini müsbət qarşılayıb.

Qeyd edək ki, o, ötən mövsümün sonlarında müvəqqəti olaraq “Fənərbağça”nın baş məşqçisi olub.