Mahir Emreli "Legiya" ilə çıxdığı son 3 yoldaşlıq oyununun hamısında fərqlənməyi bacarıb.
Offsideplus.az xəbər verir ki, bu performans "Legiya" azarkeşlərinin diqqətindən qaçmayıb. Bu gün "Yagelloniya" baş tutan görüşdə dubl edən 24 yaşlı hücumçuya tərəfdarlar tərif yağdırıb.
"Emreli gələcəkdə çox yaxşı olacaq".
"Emreli dişini göstərir. Pekhart bombardir ola bilirsə, Mahir daha yaxşı nəticə göstərəcək".
"Hiss edirəm ki, onun oyunlarından zövq alacağıq".
"Məncə, Emreli çempionatda ən azı 30, avrokuboklarda isə ən azı 10 qol vuracaq".
"Bu Emreli əsl dəlidir. Onun "Borussiya Mönhenqladbax" və ya "Ayntraxt"a getməməsi məni şoka salır".
Qeyd edək ki, Mahir Emreli daha öncə "Bişofshofen"lə oyunda (5:0) het-trik edib, "Krasnodar"la matç zamanı isə (1:1) komandasının yeganə qolunu vurub.