"Barselona"nın ulduzu Antuann Qrizmann karyerasını başa vuracağı liqanın adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə "Figaro"ya danışıb. Fransız futbolçu futbolçu karyerasını MLS-də bitirmək istəyir.
"Barselona" ilə müqaviləmin müddəti 2024-cü ildə başa çatır. Bundan sonra isə ABŞ-a getmək üçün doğru zaman olacaq. Bu ölkəni, mədəniyyətini, NBA-nı sevirəm. MLS-ə yollanıb, Amerika çempionu olmaq istərdim.
Karyeramı orda bitirmək gözəl olardı".