Türkiyə yığmasının sabiq üzvü Umut Bulut karyerasını TFF 1-ci liqasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı hücumçu "Eyüpspor"a keçib. Onunla 1+1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Umut Bulut "Ankaragücü", "Trabzonspor", "Tuluza", "Qalatasaray", "Kayserispor" və son olaraq "Yeni Malatyaspor"da çıxış edib.