Dünən Polşa millisi Rusiya yığması ilə yoldaşlıq oyununa çıxıb.  

 Offsideplus.az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Polşa komandasından Yakub Şverçok 4-cü dəqiqədə fərqlənib. Vyaçeslav Karavayevin 20-ci dəqiqədə vurduğu qol sayəsində qarşılaşma bərabərliklə başa çatıb.

Ehtiyat heyətdə yer alan Robert Levandovski matçın iştirakçısı olmayıb.

Oyunun icmalını təqdim edirik:

Polşa - Rusiya 1:1 (Yakub Şverçok, 4. Vyaçeslav Karavayev, 20.)