Dünya futbol ulduzlarının 2020-ci ildəki qazancları məlum olub.

Lakin qazanca təkcə il ərzində klubdan aldıqları əməkhaqqılar yox, həm də bonuslar və reklam əməkdaşlıqlarından əldə olunan məbləğlər daxildir.

Offsideplus.az xəbər verir ki, bu barədə "Calcio Finanza" məlumat yayıb. 

Beləliklə, ötən ilin ən yaxşı qazanan futbolçusu Lionel Messi olub. "Barselona"nın argentinalısı ümumilikdə 125 milyon avro əldə edib. İkinci pillədə yer alan Kriştiano Ronaldo şəxsi büdcəsinə daha 118 milyon əlavə etməyi bacarıb. Üçüncü sırada 98 milyon avro ilə Neymar qərarlaşıb. Eden Hazardla Kilian Mbappenin gəliri 32 milyon avro təşkil etdiyi halda, Robert Levandovskinin qazancı 30 milyon olub. 

Çində "Şanxay"ın uğurları üçün tər tökən sabiq "Çelsi"li Oskar "Bavariya"lı Tomas Müllerlə birgə ötən il 25 milyon avro irəli düşüb. "Liverpul"un ulduzu Məhəmməd Salah isə Oskardan daha az - 20 milyon avro qazanıb.