"Liverpul"un ulduzu Mohamed Salah Misir millisinin kapitanı təyin edilib.
Offsideplus.az xəbər verir ki, yığmanın baş məşqçisi Hossam El-Badri 28 yaşlı hücumçunu komandanın kapitanı seçib. Mütəxəssis təcrübəli oyunçuların da bu qərarı dəstəklədiyini bildirib.
Qeyd edək ki, Salahın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakı gözlənilir.