"Mançester Yunayted" Kobbi Maynunun hazırki məvacibi 3 dəfə artırmağa hazırdır.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" onun həftəlik 30 minlik maaşını 90 min etmək istəyir. Bu barədə "GiveMeSport" portalı məlumat yayıb.
Bununla belə, onlar Maynunun həftəlik 150.min funt-sterlinq tələblərinə boyun əyməyə hazır deyillər. Tərəflər arasında danışıqlar davam edəcək.
Əlavə edək ki, 19 yaşlı yarımmüdafiəçi ötən mövsümdən etibarən "mankunianlar"ın əsas heyət üzvlərindən birinə çevrilib. O, cari mövsümdə 25 oyunda 1 qol vurub.