AFFA bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan - Rumıniya oyununda(3:2) yaşanan olay barədə məlumat yayıb.
Offsideplus.az xəbər verir ki, qurumun rəsmi sosial şəbəkə hesabında tribunalarda qonarma rejimin "bayrağı"nın nümayiş olunması ilə bağlı FİFA-ya müvafiq qaydada müraciət ediləcəyini açıqlanıb:
"2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq".