Çin Super Liqasında çıxış edən əcnəbi və yerli futbolçuların əmək haqlarına limit tətbiq edilib.
Offsideplus.az xəbər verir ki, 2021 mövsümündən Çin Super Liqasında əcnəbi oyunçuların vergi çıxılmadan illik gəliri 3 milyon avrodan çox olmayacaq, yerli futbolçuların məvacibi isə maksimum 630 min avro ola bilər. Superliqa klub əcnəbi futbolçularına ildə 75,5 milyon avrodan çox maaş ödəyə bilməz. Bura komandanın bütün legionerlərinə ödənilməli olan 10 milyon avro da daxildir.
Qeyd edək ki, bu addım xərcləri məhdudlaşdırmaq və dayanıqlı artımı təmin etməyə yönəlmiş tədbirləri çərçivəsində atılıb.