"Şanxay Şanqan"da çıxış edən Halk klub ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə öz "instaqram" hesabında paylaşım edərək açıqlayıb. O, bu komandada keçirdiyi 4 mövsümə görə rəhbərliyə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Halk "Şanxay Şanqan" klubuna 2016-cı ildə "Zenit"dən keçib.