"Liverpool"da bu mövsüm məhsuldar oyun nümayiş etdirən Məhəmməd Salah Misirdə baş tutan prezident seçkilərində 1 milyon səs toplayıb.
Offsideplus.az xəbər verir ki, futbolçu namizəd olmasa da, bir sıra vətəndaşlar seçki blankında onun adını qeyd ediblər. Qeyd edək ki, həftəsonu keçirilən seçkilərin qalibi Əbdulfəttah əl-Sisi olub.
Salah bu mövsüm 29 qolla Premyer Liqanın bombardiri statusunu özündə saxlayır.