"Başakşəhər" klubundan ayrılan və "Qalatasaray"a keçidi alınmayan Arda Turan üçün yeni yol görünüb.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolu Yaponiya klubuna transfer oluna bilər. Müqavilə ilə "Barselona"ya məxsus olan təcrübəli yarımmüdafiəçi ilə "Urava Reds" klubu yaxından maraqlanır. Klub türkiyəli futbolçu üçün transfer təklifi hazırlayır. Ardanın özünün də bu keçidə müsbət yanaşdığı bildirilir. Keçən mövsüm heç də yaxşı nəticə əldə etməyən Yaponiya klubu heyətini gücləndirərək, yenidən iddiasını ortaya qoymaq niyyətindədir.

Qeyd edək ki, sözügedən ölkənin çempionatında İnyesta, David Vilya, Vermaelen, Co, Damiao kimi ulduz futbolçular top qovur.