Kiprin APOEL futbol komandasının baş məşqçisi Tomas Doll istefaya göndərib.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Təcrübəli baş məşqçi APOEL-i köməkçiləri ilə birgə tərk edib.

Komandanı müvəqqəti olaraq Lukas Hatziloukas çalışdıracaq.

Qeyd edək ki, APOEL onun rəhbərliyi altında "Qarabağ"ı həm Çempionlar Liqasının III təsnifat mərhələsində, həm də Avropa Liqasının qrup mərhələsində üstələyib.

Digər klublardan 3 oyun az keçirən APOEL hazırda Kipr çempionatında 9 matçdan 18 xalla 4-cü pillədə qərarlaşıb.