Hakimlər Komitəsində dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, Frank De Blekere vəzifəsindən azad edilib. O, bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcək.
Onun yerinə isə Rəhim Həsənov gətirilib.
Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar verilib.
1983-cü ildə doğulan Rəhim Həsənov 2007-ci ildən hakimlik fəaliyyətinə başlayıb.
O, bir çox Premyer Liqa və beynəlxalq oyunlarda baş hakim olub.



