Kilian Mbappe Fransa yığmasının düşərgəsini tərk edib.

Offsideplus.az xəbər verir ki, buna səbəb hücumçunun yaxın adamının vəfat etməsidir. O, yığmanın düşərgəsinə sabah axşam qayıdacaq. 

Qeyd edək ki, Fransa millisi sabah Amsterdama yollanacaq. Komanda burada AVRO-2024-ün seçmə mərhələsində Niderland yığması ilə qarşılaşacaq.