Futbol üzrə Bolqarıstan çempionatında 10-cu turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Hebar”la qarşılaşıb və inamlı qələbəyə sevinib – 3:1.

Cəlal Hüseynov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Arda” hazırda 16 xalla 6-cı pillədə qərarlaşıb.