Futbol üzrə Tailand çempionatında 4-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" növbəti görüşünü keçirib. Komanda doğma meydanda "Trat"ı qəbul edib. Duel ev sahibi komandasının qələbəsi ilə yekunlaşıb - 4:0.

Azərbaycan millisinin futbolçusu əsas heyətdə meydana çıxıb və 78 dəqiqə mübarizə aparıb. Şeydayev 2 qolun ötürməsini verib.

Qeyd edək ki, komanda bu qələbə ilə liderliyə yüksəlib.

Videolara Teleqram kanalımızda baxa bilərsiniz.