ABŞ-nin “İnter Mayami” klubunun prezidenti Xorxe Mas yeni transfer Lionel Messinin maaşını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, amerikalı iş adamı "El Pais"ə açıqlamasında deyib: “Müqaviləyə əsasən, Leo ildə 46-55 milyon avro qazanacaq. Onunla danışıqlar aparmaq üçün çox vaxt sərf etdik. Mən onun atası Xorxe ilə həmişə əlaqə saxlayırdım.
Qeyd edək ki, "İnter Mayami"nin Messi ilə 3 illik müqavilə bağladığı haqda xəbərlər yayılıb.