İsveçrənin “Qrasshopper” komandasının yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığma komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi klubda Corcio Kontini ilə yollar ayrılıb.

Onunla müddəti bitən müqavilə yenilənməyib. Əvəzində bu posta Bruno Berner gətirilib. İsveçrədən olan 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.