Səudiyyə Ərəbistanı çempionatında 2022/2023 mövsümünün qalibi bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Əl İttihad" liqanın bitməsinə bir həftə qalmış çempionluğu rəsmiləşdirib. Komanda 29-cu turda səfərdə "Əl Feyha"nı 3:0 hesabı ilə məğlub edərək ölkənin ən güclüsü olub.
"Əl İttifaq" 29 turdan sonra 69 xal toplayıb və Kristiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr"i 5 xal qabaqlayır.
Qeyd edək ki, xarici mətbuatda Kristianonun "Əl Nəssr"də özünü xoşbəxt hiss etmədiyi və Səudiyyə Ərəbistanını tərk edəcəyi barədə xəbərlər yayılıb. O, "Bavariya"nın sıralarına qoşula bilər.