Belarus yığma komandası Avro-2024-ün seçmə mərhələsinin iki ev oyununu Budapeştdə keçirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyası ilə Macarıstan Futbol Federasiyası arasında razılıq əldə olunub.

İyunun oyunları Macarıstanın paytaxtında, "Ferens Susı" stadionunda keçiriləcək. Belarus millisi İsrail (16 iyun) və Kosovo (19 iyun) ilə qarşılaşacaq.