Almaniya yığma komandasında 2022-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Camal Musiala ən yaxşı oyunçu seçilib. 19 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında aparılan səsvermədə 66 faiz səs toplayıb. Kay Haverts 2-ci, Jozua Kimmix 3-cü olub.
Qeyd edək ki, 2022-ci ildə Camal Musiala Almaniya millisinin heyətində 11 oyuna çıxıb və 2 qolun ötürməsini verib.