Braziliyanın “Atletiko Mineyro” klubu hücumçusu Halkla müqavilənin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu ilə 1,5+1 illik yeni sözləşmə imzalanıb. Təcrübəli forvardın komandası ilə hazırkı müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatmalı idi.

Xatırladaq ki, Halk O, 2021-ci ilin yanvarından Braziliya təmsilçisinin uğurları üçün çalışır. O, bu il “Atletiko Mineyro”nun heyətində bütün turnirlərdə 46 oyuna 29 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu Braziliya yığmasında keçirdiyi 49 oyunda 11 qol vurub.