2020-2021 mövsümü üzrə Xorvatiya çempionatının qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki,  33-cü turda “Riyeka” ilə qarşılaşan "Dinamo" rəqib üzərində 5:1 hesablı qələbə qazanıb. Bununla da, sona 3 tur qalmış 78 xal toplayan Zareb təmsilçisi ən yaxın izləyicisi “Osiyek”i 10 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, "Dinamo" tarixində 22-ci dəfə ölkə çempionu olub.