"Traktor" klubu Asiya Çempionlar Liqasında qrup mərhələsindən çıxaraq 1/16 finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, B qrupunda mübarizə aparan Cənubi Azərbaycan təmsilçisi mərhələni 10 xalla 2-ci pillədə tamamlayıb.

Komandanın 1/16 finaldakı rəqibi isə "Əl Nassr" (Səudiyyə Ərəbistanı) olacaq.