"İnter Mayami"nin sahibi Deyvid Bekhem dünya ulduzlarını komandasına cəlb etməkdə problem görmür.
Söhbət Lionel Messi, Kriştiano Ronaldo və Neymardan gedir.
Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, ötənlərin məşhur futbolçusu məsələ ilə bağlı bunları deyib: "İnter Mayami"ni yaradanda qarşımızda "biz hansı futbolçuları cəlb edəcəyik" sualı dayanırdı. Ronaldo, Messi, Neymar, yaxud bir başqası. Bu müzakirələr bu gün də var. İnanıram ki, adları çəkilənlərə "İnter"ə gəlməklə bağlı qərar vermək çətin olmayacaq. Çünki bura əla yerdir".
Qeyd edək ki, "İnter Mayami"nin yeni baş məşqçisi vaxtilə Bekhemlə "Mançester Yunayted" və İngiltərə millisində komanda yoldaşı olmuş Fil Nevilldir. Həmçinin Blez Matyuidi və Qonzalo İquayn kimi tanınmış futbolçular komandaya cəlb olunub.