Avropanın daha 3 ölkəsində - Bolqarıstan, Slovakiya və Xorvatiyada çempion bəlli olub.
Offsideplus.az xəbər verir ki, Bolqarıstan birinci liqasında "Ludoqorets", Xorvatiya liqasında Zaqreb "Dinamo"su, Slovakiyada isə mövsüm başa çatmamış "Slovan" çempion elan edilib.
"Ludoqorets" və "Slovan" gələn mövsüm Çempionlar Liqasının I, "Dinamo" isə II təsnifat mərhələsindən mübarizəyə qoşulmaq imkanı əldə edib.
Qeyd edək ki, "Ludoqorets" Azərbaycan çempionu "Qarabağ" kimi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq. "Slovan"ın hansı səbətdə yer alacağı bəlli deyil.