Belarus kubokunun sahibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, final matçında BATE ilə Brest "Dinamo"su üz-üzə gəlib.

Minskdə keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtın ilk hissəsinin son dəqiqəsində Zaxar Volkov BATE-nin qələbə topunu vurub.

Qeyd edək ki, bu qalibiyyətlə Borisov təmsilçisi dördüncü dəfə ölkə kubokuna sahib olub.