Koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilə dövründə dünyanın bir çox klubları transfer işləri ilə bağlı hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, belə klublardan biri də Argentina nəhəngi "Boka Xuniyors"dur. Sözügedən komanda növbəti mövsüm üçün heyətini bir sıra ulduz futbolçularla gücləndirməyə hazırlaşır.

Klubun heyətinə qatmaq istədiyi futbolçuların arasında hazırda klubsuz olan Arda Turan və "Milan"ın isveçli ulduzu Zlatan İbrahimoviç də var. "Boka Xuniyors" hər iki futbolçunu sıralarına qatmaq üçün hərəkətə keçib.

Son olaraq Türkiyənin "Başakşəhər" klubunda çıxış edən Arda Turanla bağlı bundan əvvəl də Argentina təmsilçisinin maraqlandığı barədə xəbərlər yayılmışdı.

Zlatan İbrahimoviç də hazırkı klubu "Milan"la müqavilənin müddətini artırmaq niyyətində deyil.