Dünyanı cənginə alan koronavirus futbola da təsir etməyə davam edir.

Offsideplus.az xəbər verir ki, epidemiya səbəbindən Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salınıb. Asiya Futbol Konfederasiyasının rəsmi məlumatına görə, mart və aprel aylarına planlaşdırılan matçlar koronavirus üzündən planlaşdırılan tarixdə keçirilməyəcək.

Qeyd edək ki, qrup mərhələsinin matçları 19 - 24 may aralığında, pley-off görüşləri isə avqustda gerçəkləşəcək.