"Nottingem Forest" futbolçusu Morqan Qibbs-Vaytın dəyərini bəlirləyib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu 25 yaşlı yarımmüdafiəçi üçün 100 milyon funt-sterlinq tələb edəcək.

Bu barədə "talkSPORT" portalı məlumat yayıb.

Qibbs-Vayt 2022-ci ildən "Nottingem Forest"də çıxış edir. O, cari mövsümdə 27 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.