Misli Premyer Liqasında XXX turun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, bu gün ilk qarşılaşma Tovuzda baş tutub.

Yerli "Turan Tovuz" turnir cədvəlindəki qonşusu "Sabah"ı qəbul edib.

Dördüncü pillədə qərarlaşan Kurban Berdiyevin komandası həm "qara zolaq"dan çıxmağa, həm "Sabah"ı yaxına buraxmamağa, həm də ilk "üçlüy"ə yaxınlaşmağa çalışıb. Tovuzlular bu oyuna qədər son 5 turda qələbə qazana bilmirdilər (2 heç-heçə, 3 məğlubiyyət). 

12 aprel

“Turan Tovuz” – “Sabah” 2:1

Ayxan Hüseynov, 56; Joarlem Santos, 57 - Anatoli Nuriyev, 14

Qırmızı vərəqələr: Kurban Berdiyev, 18; Pavel Safranko, 45+2

Tovuz şəhər stadionu. Saat 17:00

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Emin Cəfərov