Moto Gp-də mövsümün 4-cü yarışı Qətərdə keçirilir.
Offsideplus.az xəbər verir ki, az öncə baş çatan təsnifat mərhələsinin "Dukati"nin baykeri Mark Markes qazanıb. O, bu mövsüm bütün polları qazanmağı bacarıb.
İkinci yeri Markesin balaca qardaşı Aleks tutub. 3-cü yeri isə 2021-ci ildə dünya çempionu olan Fabio Kuartararo əldə edib.
Bu gün axşam sprint yarışı, sabah isə əsas yarış keçiriləcək.