İtaliyanın "İnter" klubu "Marsel"in futbolçusu Luis Enrike ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "neradzuri" 23 yaşlı vinger üçün bonuslarla birlikdə 28 milyon avro ödəməyə hazırdır.
Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.
Enrike ilə maraqlanan klublardan biri də "Bavariya"dır.
O, cari mövsüm 30 oyunda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.