"Lion" Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında "Mançester Yunayted"lə heç-heçə edib - 2:2.

Offsideplus.az xəbər verir ki, görüşdə son qolu vuran Fransa klubunun futbolçusu Rayan Şerki "qırmızı şeytanlar"dan qorxmadıqlarını bildirib:

"“Mançester Yunayted”dən daha yaxşı olduğumuzu bilirdik”. Onlardan əsla qorxmadıq və qorxmayacağıq. İkinci matça müdafiədə oturmağa yox, hücuma keçməyə gedəcəyik".

Tərəlfər arasında cavab qarşılaşması aprelin 17-də keçiriləcək.