Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin şərəfini qoruduğu Albaniyanın "Eqnatiya" klubu ardıcıl 3-cü dəfə məğlubiyyətlə üzləşib.

Offsideplus.az xəbər verir ki, həmyerlimizin komandası ölkə çempionatının XXXIV turunda "Partizani"yə uduzub - 0:1.

Yeganə qol 62-ci dəqiqədə penaltidən vurulub.

Z.Əliyev bütün oyunu meydançada keçirib.

"Eqnatiya" hazırda 58 xalla zirvədə qərarlaşıb. Komanda sona 2 tur qalmış ən yaxın izləyiciləri - "Dinamo" və "Vlajniya"nı 3 xal qabaqlayır.

Bundan öncə, "Eqnatiya" aprelin 3-də Albaniya Kubokunun yarımfinalında "Partizani" (0:1), aprelin 7-də isə "Elbasani" (1:2) ilə bacarmamışdı.